Ana Sayfa > Hadisə / Manşet > Şamaxının icra başçısından "yuxarılara" şikayət edən məmurun başına oyun açdılar
Şamaxının icra başçısından "yuxarılara" şikayət edən məmurun başına oyun açdılar12-11-2015, 10:10. Yazar: admin |
Şamaxı rayon icra hakimiyyətindəki işindən azad edilən Elnur Süleymanov mətbuata müraciət edib. Vertikal.az-ın xəbərinə görə, o müraciətində bildirir ki, 2003- cü ildən 2015-ci ilə kimi icra hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb: “Bu ilin fevral ayının 20-də “Şamaxı rayonunda cərəyan edən ictimai-siyasi proseslər haqqında” başlıqlı məlumat hazırlayaraq Prezident Administrasiyasına göndərmişəm. Müraciətimdə üzürlü səbəbdən işimin rayon icra hakimiyyətindən Bakı şəhərində yerləşən icra hakimiyyətlərindən birinə dəyişilməsini xahiş etmişdim, həm də rayon icra hakimiyyətində mühüm postlar tutmuş bəzi vəzifəli şəxslərin icra hakimiyyətinə müraciət edən sadə vətəndaşları süründürməçilik, qaba rəftar və.s. kimi hərəkətlərilə bezdirməklə camaatı dövlətdən narazı salmaqda olduqlarını, işlərinin ancaq özlərinə var-dövlət yığmaq olduqlarını bildirmişdim. Bu müraciətimdən sonra martın 30-da işdən çıxmağımla bağlı ərizə yazmağımı tələb etdilər. Mən onsuz da üzürlü səbəblərdən Bakıya gedəcəyimi, mənə möhlət vermələrini istədim. Ancaq onlar bu istəyimi nəzərə almadılar, təzyiqlə mənə ərizə yazdıraraq işdən çıxardılar. Mən xahiş edirəm ki, ölkə rəhbərliyi yeddi aydan çoxdur ki, haqsız olaraq işdən çıxarıldığımı, ailədə tək işləyən olduğumu, üçü məktəbli olmaqla himayəmdə olan dörd azyaşlı uşağımı və yaşayış yerimi dəyişərək artıq Bakı şəhərində məskunlaşdığımı nəzərə alıb burada əvvəlki işimə uyğun bir işə bərpa olunmağıma köməklik göstərsin”. Geri dön |