Ana Sayfa > Hadisə / Manşet > “Qarasu OYL”-da “qara günlər” bitmək bilmir

“Qarasu OYL”-da “qara günlər” bitmək bilmir


16-10-2015, 09:35. Yazar: admin
“Qarasu OYL”-da “qara günlər” bitmək bilmir
“Qarasu OYL” neft şirkətinin fəhlələri növbəti dəfə etiraz aksiyası keçiriblər. Redaksiyamıza daxil olan məlumata görə, fəhlələrin etiraz aksiyası keçirməsinə səbəb şirkətin vitse-prezidenti İslam Ovçiyevin neftçilərin yemək pullarını və bayram pullarını kəsməsi olub.

İ.Ovçiyev bu qərarı neftin dünyada qiymətinin düşməsi ilə əlaqələndirməyə çalışıb.
Lakin məlum olub ki, İ.Ovçiyev də daxil olmaqla, şirkətin rəhbərliyində olanlardan kimsənin əmək haqqında dəyişiklik olmayıb.

Fəhlələrin “neftin qiyməti qalxanda bizim əmək haqqlarını qaldırmışdınız ki, enəndə ”lqot"larımızı kəsirsiz" sualına İ.Ovçiyev cavab verə bilməyib.

Fəhlələrin sözlərinə görə, İslam Ovçiyev özü 18 min manat, fəhlələr 400-500 manat əmək haqqı alırlar. “Ağır şəraitdə işləyən biz, komfortlu kabinetdə oturan İslam Ovçiyev kimilər şah kimi yaşayırlar. ”Qarasu OYL"da ədalətsizliyin başında vitse-prezident İslam Ovçuyev dayanır".

Fəhlələr deyir ki, İ.Ovçiyev onları işdən çıxarıb həbs etdirəcəyi ilə hədələyir. Neftçilər deyirlər ki, İslam Ovçiyev “Qarasu OYL”dan uzaqlaşdırılmayana qədər şirkətdə normal, ədalətli mühüt formalaşmayacaq. Fəhlələr tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyasını davam edəcəklərini də açıqlayıblar.

Geri dön