Ana Sayfa > Hadisə / Manşet > 71 saylı dairədə qanunsuz təbliğat aparan kimdir?

71 saylı dairədə qanunsuz təbliğat aparan kimdir?


1-10-2015, 10:55. Yazar: admin
71 saylı dairədə qanunsuz təbliğat aparan kimdir?
Milyonçu iş adamı, şair Gülağa Tənha deputatlıq eşqinə düşüb.

Rusiyada yaşayan biznesmen parlament seçkilərində iştirak üçün çırmanıb.

G.Tənha 71 saylı Masallı kənd Seçki Dairəsindən namizəd olmağa hazırlaşır.

Arqument.Az-ın tia.az-a istinadən verdiyi xəbərə görə, şair-biznesmen artıq Dairə Seçki Komissiyasına sənədləri vermək üçün prosedur qaydalarınını həyata keçirir. Amma onun ikili vətəndaşlığının olması qanunvericiliklə seçkilərdə iştirakını istisna edir.

Çünki son prezident seçkilərində namizəd olmaq istəyən yazıçı Rüstəm İbrahimbəyov da ikili vətəndaşlığa görə bu iştirakdan məhrum oldu. G.Tənha isə Azərbaycan qanunlarını saymazdan gələrək millət vəkili olmaq naminə qanunvericiliyə qarşı çıxır. Məlumata görə, deputatlığa iddialı artıq Masallıda qeyri-rəsmi təşviqat kampaniyasına başlayıb.

G.Tənha hələ namizədliyi qeydə alınmamış seçicilərlə təmasa keçib, təbliğat işlərini qurub. Bunun bir tərkib hissəsi olaraq bayramda seçicilərə qurbanlıq paylaması olub.
Rəsmi şəkildə təşviqat kampaniyasının başlanması elan olunmadığı halda G.Tənha nə MSK, nə qanun tanıyır, seçicilər arasında təbliğat işi aparır. Onun rayonda seçki qərargahı yaratdığı, ətrafındakı komanda ilə seçicilərə pul payladığı, şirnikləndirici vədlər verdiyi deyilir.

Mənbənin sözlərinə görə, Rusiyada və Azərbaycanda biznes şəbəkələri olan, milyonlara malik G.Tənhanın deputatlıq iddiası da məhz kapital üzərində qurulub. Halbuki pul heç də ikili vətəndaşlığı olan şəxsin seçkidə iştirakına yaşıl işıq yandırmır.

G.Tənha isə dövlətin qanunlarının ayaqları altında olduğunu zənn edərək Masallıda artıq özünü seçilmiş millət vəkili kimi hiss edir. O, xərclədiyi pullar və qeyri-qanuni təbliğat işi qurmaqla demokratik seçkilərlə bağlı mühiti korlayır, şəffaflığıa indidən kölgə salır.

Mənbə bildirir ki, əslən Masallının Ərkivan kəndindən olan, hazırda Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Gülağa Məmmədovun seçilmək şansları yüksək görünmür.
Bu dairədə deputat Elmira Axundova yenidən namizəd olub. Üstəlik, onun namizədliyinin qeydə alınması qeyri-mümkündür. G.Tənha isə hələlik Rusiyada pullarının hesabına mandate əldə etmiş olduğunu güman edir.

Bu dairədə maraqlı namizədlərdən biri də Masallının keçmiş notariusu, sonra İmişlidə hakim vəzifəsində işləmiş Qubadəli Rzayevdir.

Dairədə ciddi fiqurlardan sayılan Müsavat Partiyasının Masallı təşkilatının sədri Xasay Fərzulla da bu dairədən namizədliyini irəli sürüb.

YAP isə bu dairədən Raqib Novruzovun namizədliyini dəstəkləyir.

Geri dön