Ana Sayfa > Hadisə / Manşet > Sumqayıtda mədəniyyət obyektləri sıradan çıxarılır

Sumqayıtda mədəniyyət obyektləri sıradan çıxarılır


17-09-2015, 09:43. Yazar: admin
Sumqayıtda mədəniyyət obyektləri sıradan çıxarılır
Sumqayıtda bir sıra mədəniyyət obyektləri dağıdılaraq, sıradan çıxarılır. Bununla yanaşı, həmin mədəniyyət ocaqlarının fəaliyyət göstərməsini əngəlləmək üçün də bəzi addımlar atılır.

JAM.AZ-a məlumat verən şəhər sakini Vaqif Rzayev yazır ki, Sumqayıtda 2-ci mikrorayon ərazisində hələ Sovet dövründən qalmış «Kosmos» (indiki «Nizami» kinoteatrı və uşaqlar üçün «Cırtdan» kinozalı) kinoteatrı artıq fəaliyyətini dayandırmalı olub. «Plastik qapı-pəncərə istehsalı ilə məşğul olan “Mübariz” şirkətinin rəhbərliyi hər iki kinotetrın qarşısında istehsal obyekti tikdidən sonra kinoteatr binalarını təmamilə bərbad vəziyyətə gətiriblər. Obyektlərini Nizami kinotetrının fasadına birləşdirməklə yanaşı, “Cırtdan” uşaq kinotetrının binasını da zəbt ediblər».

Vaqif Rzayev yazır ki, bundan başqa, şəhərin mərkəzindəki yaşıllıqlar da tamamilə məşv edilib, orta mətəbə gedən yollar bağlanılıb. «Ərazinin böyük hissəsini tutan “Mübariz” şirkətinin binası kinotetrların qarşısını təmamilə bağlayıb».

Şəhər sakini bildirir ki, bu ilk olay deyil və digər mədəniyyət obyektlərinin də durumu vahiməlidir. «Sumqayıt şəhərindəki 1-ci mikrorayon ərazisində yerləşən Mərkəzi Kitabxananın da qarşısına, düz yolun ortasına bina inşa edilib. Tamamilə eyni vəziyyət ora da aiddir. Bütün bunlar isə sabiq icra başçısı Eldar Əzizovun yarıtmaz fəaliyyəti nəticəsində baş verib».
Vaqif Rzayev müvafiq dövlət qurumlarına müraciət edərək, onlardan Sumqayıtdakı mədəniyyət obyektlərinin məhv olmasının qarşısını almaları üçün tədbir görmələrini istəyib.

Geri dön