Ana Sayfa > Hadisə / Manşet > Vilyam Hacıyev Əsabil Qasımovun yerinə deputat tapıb...

Vilyam Hacıyev Əsabil Qasımovun yerinə deputat tapıb...


15-09-2015, 09:27. Yazar: admin
Vilyam Hacıyev Əsabil Qasımovun yerinə deputat tapıb...
“Gündəm – Xəbər” qəzeti iddia edir ki, YAP - ın deputat siyahısının açıqlanmasının yubanması regionlarda bir çox icra başçılarını spekulyativ addımlar atmağa şirnikləndirib. Yəni onlar guya rəhbərlik etdikləri rayonda hətta deputatın kimliyinə də müdaxilə etmək imkanlarının olduğunu göstərmək üçün şirnikləndirici təkliflərə əl atıblar.
Qəzetin iddialarına görə bunlardan biri də İmişli rayonunun icra başçısı Vilyam Hacıyevdir:

"Vilyam Hacıyev artıq rəhbərlik etdiyi rayonun deputatını "müəyyənləşdirib". Bu şəxs rayon icra hakimiyyəti başçısının keçmiş müavini, hazırda isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli regional bölməsinin rəisi, iş adamı Saleh Səmədovdur. Saleh Səmədov rayonda geniş imkanlara malik şəxs kimi tanınır. O bir neçə iri ticarət mərkəzinin və şadlıq saraylarının sahibidir, eyni zamanda “sokzavod”un direktoru kimi də tanınır. İddialara görə Vilyam Hacıyevin Saleh Səmədovu ciddi - cəhdlə deputat “seçməsi”nin səbəbi icra başçısının iş adamının puluna aşiq olması və həm də ona borclu olması ilə bağlıdır. Verilən məlumatda qeyd olunur ki, Vilyam Hacıyevin iş adamına 700 min manatdan artıq borcu var. O bu borcu Saleh Səmədovu deputat seçdirməklə bağlamaq istəyir. Hazırda Vilyam Hacıyev arzusunu reallaşdırmaq məqsədi ilə yuxarıların razılığını almaq üçün ciddi - cəhdlə çalışır.”

Qəzetin iddiasına görə İmişlinin hazırkı deputatı Əsabil Qasımovun hakim partiyanın etimadını doğrultmadığı üçün bu dəfə YAP tərəfindən namizədliyinin irəli sürülməyəcəyi ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, İmişlinin icra başçısının iş adamının borcunu özünəməxsus şəkildə qaytarmaq həvəsinə düşməsi barədə adıçəkilən qəzetdə material tirajlandığını Moderator.az - a Vilaym Hacıyevdən pulunu ala bilməyən daha bir iş adamı Cavanşir Əsgərov xəbər verib. Xatırladaq ki, bir neçə ay əvvəl Cavanşir Əsgərov və Nadir Feyziyev saytımıza şikayət ərizəsiylə müraciət edərək Vilyam Hacıyevin onlara külli miqdarda borcu olduğunu bildirmiş, 2 il keçməsinə baxmayaraq ortada olan məhkəmə qətnamələri, hətta icra başçısının DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilərək xəbərdarlıq edilməsi, onun həmin idarədə borclu olduğu şəxslərə söz verərək qısa zamanda borcu qaytaracağını bildirməsinə baxmayaraq heç bir nəticə olmadığını vurğulamışdılar.

(Həmin yazını bu linkdən oxumaq olar---moderator.az/index.php?xeber=87886)

İndi isə Cavanşir Əsgərov yenidən Moderator.az - a üz tutaraq ona çatası pulun əslində digər şəxslərdən götürdüyü tikinti materiallarının sahiblərinə ödənilməli olduğunu, borc yiyələrinin onun da qapısını kəsdirdiklərini, yeganə yolunun intihar etmək olduğunu bildirib. C. Əsgərovun bildirdiyinə görə, rayonun memarı ilə vaxtaşırı əlaqə saxlayaraq pulunu tələb etsə də hər dəfə ona təskinedici cavablar verərək vaxt udmağa çalışıldığından canına qəsd etməkdən başqa yol qalmayıb. Ona görə də bir daha sayt vasitəsilə Vilyam Hacıyevə xəbərdarlıq etməyi lazım bilir, sonra gec olacağını deyir...

Geri dön