Ana Sayfa > Hadisə / Manşet > Əziz Əzizovu ifşa edəcək faktlar ortaya çıxdı
Əziz Əzizovu ifşa edəcək faktlar ortaya çıxdı27-07-2015, 09:52. Yazar: admin |
Mətbuatda rayonun və onun rəhbərinin adı demək olar ki , tez- tez hallanır. Bütün bunlara baxmayaraq Əziz Əzizovun qanunsuz əməlləri davam etməkdədir .Onun növbəti özbaşınalığı haqda redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bolgexeber.com-a verilən məlumatlarda qeyd edilir ki , icra başçısı dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə ayrılan subsidiyaları mənimsəyib. Bundan əlavə Əziz Əziova məxsus ““Shacman”” markalı yük maşınları gecələr 02:00-dan səhər saat 06:00-dək rayonun Təzəkənd kənd ərazisində dolaşaraq, dövlətin sakinlərə təsərrüfat sahəsində istifadəsi üçün ayırdığı kübrələri həyətyanı sahələrdən toplayır və şəxsi istifadəsi üçün mənimsəyir. Bolgexeber.com-a daxil olan məktubda qeyd edilən maraqlı məqamlardan biri də rayonda yolların təmirinə ayrılan vəsaitlə bağlıdır. Belə ki , verilən məlumata görə rayon mərkəzində Təzəkənd kəndinə qədər olan yollar dövlət hesabına təmir edilməli idi. Lakin icra başçısı həmin pulları mənsimsəyib və yolların təmiri üçün lazım olan vəsaiti saihbkarlardan toplamağa başlayıb. Əziz Əzizovun qanunsuz əməlləri demək olar ki, sərhəd tanımır. Onun adının rüşvətdə hallanması bunu deməyə əsas verir.Yazılanlara görə , rayonun bələdiyyə sədri hazırda oturduğu postu qazanmaq naminə icra başçısına 10 min manat pul verib. Eyni zamanda Təzəkənd kəndinin ali təhsili belə olmayan icra nümayəndəsi də vəzifəyə yiyələnmək üçün 20 min manatından keçməli olub. Yazılanlardan ən çox diqqətçəkən məqamlardan biri isə Əziz Əzizovun adının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla yanaşı çəkilməsidir. Daha aydın desək, qeyd edilir ki , icra başçısının adıçəkilən şəxslə yaxın əlaqələıri var. Hətta iddia edilir ki , Kərəm Həsənov Cəlilabaddakı bəzi biznes sahələrinin idarəsini icra başçısına həvalə edib. Geri dön |