Ana Sayfa > Hadisə > Nərimanovun başçısından bahalaşma qərarı

Nərimanovun başçısından bahalaşma qərarı


17-03-2015, 10:12. Yazar: admin
Nərimanovun başçısından bahalaşma qərarı
Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev yer pulunu qaldırıb.

Tia.az xəbər verir ki, “Gənclik” metrostansiyası yaxınlığında təşkil olunan yarmarkada tacirlərdən gündəlik alınan yer haqları bayrama görə süni şəkildə artırılıb. Ticarətçilər bu tapşırığın rayon icra hakimiyyətindən gəldiyini söyləyirlər. Satıcıların verdiyi məlumata görə, bazar günündən etibarən qüvvəyə minən bu qərar alverçilərin işinə təsir edib. Bayramqabağı qiymətlərdə süni artıma təkan verən bu cür addımlar əhalinin cibinə də təsir edir. Yer pulunun qaldırılması məhsulun qiymətinin də qalxmasına səbəb olur.

Geri dön