Ana Sayfa > Hadisə / Manşet > Akif Əsgərov kimə 3000 manatlıq qələm alıb?
Akif Əsgərov kimə 3000 manatlıq qələm alıb?11-06-2015, 10:17. Yazar: admin |
Ötən gün xəbər vermişdik ki, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov arasında narazılıq baş qaldırıb. Narazılığın səbəbi kimi isə tərəflər arasında 350 min manatlıq bir məsələnin olması göstərilirdi. Hətta o da vurğulanırdı ki, Vidadi Zeynalov Akif Əsgərovu «Aztelekom»un rəhbəri gətirməyi vəd edibmiş. JAM.AZ-a daxil olan son məlumatlarda isə Sumqayıt Telekommunkasiya Qovşağının rəisi Akif Əsgərovla bağlı daha bir ilginc iddia irəli sürülür. Həmin məlumatda vurğulanır ki, kəhkəşanlı həyat yaşayan qovşaq rəisi işçilərini müxtəlif işlərə məcbur edir. Qeyd edilir ki, bu məcburiyyətlərdən biri olan hədiyyə almaq məsələsi artıq işçilərin də canını boğaza yığıb. İddia olunur ki, Akif Əsgərov bu hədiyyələri təkcə özü üçün deyil, həmçinin özündən yüksəkdə dayanan vəzifə sahibləri üçün də aldırır. Məsələn, onun bu yaxınlarda «Aztelekom»un rəhbəri Məhəmməd Məhəmmədova qələm almaq adı ilə işçilərindən pul yığdırması böyük narazılıqla qarşılanıb. JAM.AZ-a verilən məlumatda deyilir ki, Məhhəmdova alınmış həmin qələmin 3000 manat qiymətinin olduğu deyilir. Daha doğrusu, qovşaq rəisi bu məqsədlə işçilərinən 3000 manat pul yığıb. Amma həmin qələmin «Aztelekom»un rəhbərinə çatıb-çatmaması kimsəyə məlum deyil. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |