Ana Sayfa > Hadisə > İsmayıl Hüseynovun rəhbəri olduğu qurum ləğv oluna bilər

İsmayıl Hüseynovun rəhbəri olduğu qurum ləğv oluna bilər


11-02-2015, 17:24. Yazar: admin
İsmayıl Hüseynovun rəhbəri olduğu qurum ləğv oluna bilər
Ölkədə gömrük işçilərindən şikayət edənlərin sayı hesabı yoxdur. Səbəb də odur ki, ölkənin bütün giriş və çıxış qapılarında durum acınacaqlıdır. Rüşvət və korrupsiyanın tüğyan etdiyi bu orqanla bağlı isə heç bir tədbir görülmür. Amma indi vəziyyət tamamən dəyişib. Korrupsiyalaşma yox, neft böhranı səbəbindən bir sıra dövlət qurumları ələmə prosesindən keçirilir.

Əsas acınacaqlı durumlardan biri də Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsində yaşanır. Xaricdən gətirilən avtomobillərə görə, tələb olunan rüsumların həcmi isə bəzən o qədər böyük olur ki, maşın gətirən hərəkətinə peşman edilir. Belə ki, Avtonəqliyyat Gömrük İdarəsində qapıdan daxil olduqdan sonra geriyə çıxış yolu yoxdur. Elə qapının girəcəyində maşının sahibindən 20 manat alınır. Ardından isə sığorta və digər işlər həyata keçirilir ki, bu zaman da 50 manat və 100 manat pul ödəməli olurlar. Bu pulların niyə alındığını hələlik bilən yoxdur. Maşın gətirənlər yalnız onu bilirlər ki, həmin pul ödənilməsə idarədə gömrükdən keçə bilməyəcəklər.

Elə mərəkə də idarədə başlayır. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, idarənin rəisi İsmayıl Hüseynov öz otağından kənara çıxmır. Onun vəzifəsi hər axşam kassaya yığılmış pulları sayıb, götürməkdən ibarətdir. Bütün işləri isə Coşqun Əhmədzadə, Gündüz və Rövşən adlı müavinləri həyata keçirir. İdarənin binasına daxil olduqdan sonra ilk olaraq yan otaqdakı bu üç şəxsdən birinə yaxınlaşaraq, qiymətləndirmə aparılmasını istəyirlər. Maşının markası və ili soruşulandan sonra qiymətləndirmə yox, qiymətoxuma başlayır. Maşın gətirənə öncə yüksək bir qiymət deyilir. Həmin məbləği ödəmək üçün isə kassaya yaxınlaşması xəbərdarlığı edilir. Sənədlərin də üzərinə sıra nömrəsi yazılır və ardından kassaya telefonla zəng edilərək məbləğ deyilir. Bu məbləğlə razılaşmadıqda vətəndaşla idarənin rəis müavinləri arasında bazarlıq başlayır. Nəticədə, qiymətdə müəyyən «endirim»lər edilir. Nəhayətdə, ümumi bir rəqəmdə razılıq əldə edilir. Əks təqdirdə, vətəndaşın maşını idarənin həyətində saxlanılır. Hər gün üçün dayanacaqhaqqı olaraq 20 manat, cərimə olaraq isə 100 manat pul tələb olunur.

DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, bu zaman rəsmi dövlət rüsumu ümumiyyətlə, nəzərə alınmır. Onun üzərinə əlavə pul qoyulur ki, bu da İsmayıl Hüseynovla müavinlər arasında bölüşdürülən haqdır. Bu barədə sual verildikdə isə cavab belə olur: «Rəsmi rüsum rəsmidir. Amma burada bizim də öz rüsumumuz var». Bu sözlərdən tam aydın olur ki, Avtonəqliyyat Gömrük İdarəsində tam bir özbaşınalıq yaşanır.

Redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, məhz bu səbəblər göçrük sistemindəki islahat zərurətini hiss edən hökumətin Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin üzərindən xətt çəkməyə sövq etməkdədir. Mənbənin dia.az-a söylədikləri:

"Artıq Dövlət Gömrük Komitəsinin strukturlarında da islahat zərurəti yaranıb. Və əslində gömrük sisteminin "qara yarası" kimi tanınan Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsi də bu səbəbdən ləğv edilə bilər. Belə bir qərar müzakirə olunur və qurumun ləğvindən sonra səlahiyyətlərinin DGK-nin digər strukturlarına və yaxud da DYP-yə verilməsi gözlənilir".

Bütün bu iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...

Geri dön