Ana Sayfa > Hadisə / Manşet > Bu otelimizi turistlər elə görməsələr, yaxşıdır...

Bu otelimizi turistlər elə görməsələr, yaxşıdır...


9-06-2015, 10:20. Yazar: admin
Bu otelimizi turistlər elə görməsələr, yaxşıdır...
Birinci Avropa Oyunlarına sayılı günlər qalıb. Xalqımız böyük idman bayramını qarşılamağa hazırlaşır. Artıq yarışda iştirak edəcək əksər ölkələrin idmançıları, nümayəndə heyəti və turistlər paytaxtımıza təşrif buyurublar. İdman yarışı ilə əlaqədar olaraq bəzi turistlər bir neçə gün öncədən Azərbaycana gəlib. Onlar fürsətdən istifadə edərək həm paytaxtımızla tanış olmaq, həm də rayonlara səfər etmək istəyirlər. Əlbəttə, bu çox müsbət haldır. Lakin paytaxtda fəaliyyət göstərən bəzi otel və mehmanxanalar təyinatı üzrə işləmədiklərindən turistlərdə ölkəmiz barədə mənfi imic formalaşa bilər. Biz neçə müddətdir ki, "Clear" otelində baş verən neqativ işlər, yüngül həyat tərzinə meylli olan xanımların buranın "sakininə" çevrilməsi və digər məsələlər haqqında yazılar dərc edirik. Buna baxmayaraq, nə aidiyyəti hüquq-mühafizə orqanları, nə də Mədəniyyət və Turizm Nazirliyinin yetkililəri yazılanlara reaksiya verirlər. Cəzasız qalan otelin rəhbərliyi- Fikrət və Fəxrəddin qardaşları isə qeyri-qanuni əməllərini davam etdirirlər və bu yolla külli miqdarda qazanc götürürlər. Biz demirik ki, "Clear" oteli əxlaqsızlıq yuvasıdır, yaxud burda qadın ticarəti tüğyan edir. Deyirik ki, adıçəkilən obyektə hər gün qədim peşə sahibləri gətirilir. Onların müştərilərlə otelin otaqlarında hansı işlə məşğul olmaları dərindən araşdırılmalıdır. Bundan başqa, deyilənə görə, son vaxtlar "Clear"a kriminal aləmlə bağlılığı olan şəxslərin də gediş-gəlişi intensivləşib. Həmin adamların oteldə hansı mövzular ətrafında müzakirələr aparması maraqlı məqamlardan biridir. Təəssüf ki, nə qədər yazsaq da, müvafiq instansiyaların nümayəndələri obyektdə araşdırma aparmırlar. İndiki vaxtda, yəni Birinci Avropa Oyunlarının başlamasına sayılı günlər qalmış "Clear"ın fəaliyyətini davam etdirməsi doğru deyil. Bayaq qeyd etdiyimiz kimi, idman yarışına görə Azərbaycana minlərlə turist gələcək. Əcnəbi vətəndaşlar gəlib sözügedən oteldə baş verənləri görsələr, heç də xoş olmayacaq. Odur ki, aidiyyəti dövlət qurumları dərhal hərəkətə keçməli və otelin işinə xitam verilməlidir.

Geri dön