Ana Sayfa > Hadisə > Antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat edib
Antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti tibb müəssisəsində vəfat edib7-04-2024, 22:03. Yazar: admin |
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 07 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət etsin! Geri dön |