Ana Sayfa > Hadisə > Kəlbəcərdə əl qumbaraları aşkarlanıb - FOTO

Kəlbəcərdə əl qumbaraları aşkarlanıb - FOTO


28-03-2024, 08:29. Yazar: admin


Kəlbəcər rayonunda əl qumbaraları tapılıb.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.



Geri dön