Ana Sayfa > Hadisə > Təhlükəli arıqlama məhsullarının reklamı və satışı aşkarlanıb, 2 nəfər tutulub - VİDEO

Təhlükəli arıqlama məhsullarının reklamı və satışı aşkarlanıb, 2 nəfər tutulub - VİDEO


11-01-2024, 11:23. Yazar: admin


Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satan şəxslərə qarşı tədbir keçirib.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub. Bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəlüldlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib. Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub.



Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edilib ki, insan sağlamlığı fərdi məsələdir və vətəndaşlara sağlamlıqlarının qeydinə qalan zaman yalnız tibbi təhsili olan həkimlər tərəfindən təyin edilən preparatlardan istifadə etmək tövsiyə olunub.
Geri dön