Ana Sayfa > Hadisə > Lerikdə dağlıq-meşəlik ərazi yanır: Güclü külək yanğının qarşısını almağa maneə törədir

Lerikdə dağlıq-meşəlik ərazi yanır: Güclü külək yanğının qarşısını almağa maneə törədir


26-11-2023, 14:23. Yazar: admin
Lerikdə dağlıq-meşəlik ərazi yanır: Güclü külək yanğının qarşısını almağa maneə törədir

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın Lerik və Yardımlı rayonları arasında yerləşən Xanagah kəndində qeydə alınıb.

Bunu APA-ya Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib.

Habil Məlikov qeyd edib ki, ərazi sıx meşəlikdir: “Hazırda bir neçə istiqamətdə yanğın müşahidə olunur və 1,5 ha ərazini əhatə edir. Güclü külək var. Şəxsi heyət yanğının qarşısını almağa çalışır".

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələri ərazidədir.

12:15

Lerikdə dağlıq-meşəlik ərazidə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Lerik rayonu, Xanagah kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Geri dön