Ana Sayfa > Hadisə > İrandan ölkəyə qanunsuz yolla narkotik vasitələr daşıyan dəstə tutulub - VİDEO

İrandan ölkəyə qanunsuz yolla narkotik vasitələr daşıyan dəstə tutulub - VİDEO


5-08-2023, 10:37. Yazar: admin


Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqametinde DİN əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən APA-ya verilən xəbərə görə, tədbirlərlə İrandan ölkəyə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha bir mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Bakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanlar – 1990-cı il təvəllüdlü Yusif Hüseynov və 1985-ci il təvəllüdlü Ramid Abdullayev saxlanılıblar. Şübhəli şəxslərdən və onlara məxsus ünvanlardan 21 kq güclü təsirə malik narkotik vasitə heroin, 4 kiloqram tiryək, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 41 kiloqram qurudulmuş marixuana, 7 kiloqram metamfetamin olmaqla umumilikdə 73 kq. narkotik vasitə ve psixotrop maddə, həmçinin 1500 ədəd "Metadon" həbi aşkarlanıb.

N.Hacıyev, Y.Hüseynov və R.Abdullayevin qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı "Rza" adlı şəxsin vasitəsi ilə Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-axtarış, əməliyyat-istinaq tədbirləri davam etdirilir.



Geri dön