Ana Sayfa > Hadisə > Məhşur aktyor otel otağında huşsuz vəziyyətdə tapılıb

Məhşur aktyor otel otağında huşsuz vəziyyətdə tapılıb


22-07-2023, 10:45. Yazar: admin


Macarıstana konsert vermək üçün gedən dünya şöhrətli aktyor və müğənni Conni Depp otel otağında huşsuz vəziyyətdə tapılıb.

APA xarici KİV-lərə istinadən xəbər verir ki, məşhur aktyorun yüksək dozada narkotik istifadə etdiyi üçün komaya düşdüyü iddia edilib.

“Karib dənizinin quldurları” filmində Cek Sərçə obrazı ilə yadda qalan dünya şöhrətli aktyor və müğənni Conni Deppin intihara cəhd etməsi də iddialar arasındadır. Məşhur aktyorun Macarıstanda keçiriləcək konserti ləğv edilsə də, hələlik mövzu ilə bağlı açıqlama verilməyib.
Geri dön