Ana Sayfa > Hadisə > Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib


24-05-2023, 10:25. Yazar: admin


Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlu xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır: "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!"

Qeyd edək ki, əsgərin ildırım vurması nəticəsində vəfat etdiyi bildirilir.
Geri dön