Ana Sayfa > Hadisə > Türkiyədəki zəlzələdə 6 azərbaycanlı həlak olub

Türkiyədəki zəlzələdə 6 azərbaycanlı həlak olub


15-02-2023, 00:13. Yazar: admin



Türkiyədə baş verən dağıdıcı zəlzələdə 6 azərbaycanlı həlak olub.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Qeyd olunub ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub.

"Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb. Allah rəhmət eləsin!", - deyə nazirlikdən bildirilib.
Geri dön