Ana Sayfa > Hadisə / Manşet > Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO
Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-in növbəti çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb - FOTO8-02-2023, 11:26. Yazar: admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb. Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün qüvvələri qardaş ölkəyə çatdıracaq təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb. Geri dön |