Ana Sayfa > Hadisə > Baş Prokurorluq: Gəncədə ADAU-nun dekanı saxlanılıb

Baş Prokurorluq: Gəncədə ADAU-nun dekanı saxlanılıb


31-01-2023, 22:12. Yazar: admin


Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin dekanı saxlanılıb.

Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qurumdan bildirlib ki, bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Saat 21:04

Gəncədə vəzifəli şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin dekanı, professor Nəsibov Famil Nəsir oğlu saxlanılıb.

Onun rüşvətə görə saxlanıldığı bildirilir.
Geri dön