Ana Sayfa > Hadisə / Dünya > Kiyevdə helikopter qəzasında 16 nəfər ölüb - FOTO

Kiyevdə helikopter qəzasında 16 nəfər ölüb - FOTO


18-01-2023, 12:21. Yazar: admin


Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı 16 nəfər ölüb.

APA xəbər verir ki, Ukrayna polisinin yaydığı məlumata görə, helikopterdə 9 nəfər olub.

Ölənlərdən ikisinin uşaq olduğu bildirilib.

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasında 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Unian yerli polis bölməsinə istinadən xəbər verir.

Hadisə zamanı 5 nəfərin yaralandığı əlavə olunub.

Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikpter qəzası olub.

APA xəbər verir ki, Kiyev polisinin rəsmi nümayəndəsi İrina Pryanişnikovaya helikopterin uşaq bağçasının yaxınlığında qəzaya uğraması zamanı 5 nəfərin öldüyünü bildirib.

O, hadisə zamanı yaralıların da olduğunu əlavə edib.

Kiyev vilayətinin Brovarı şəhərində partlayış baş verib.

APA "Kyiv Post"a istinadən xəbər verir ki, hadisəni Kiyev Polisinin sözçüsü təsdiqləyib.

Onun sözlərinə görə, şəhərdəki uşaq bağçasının yaxınlığında partlayış helikopterin qəzaya uğraması nəticəsində baş verib.
Geri dön