Ana Sayfa > Hadisə > DSX özünü güllələyərək ölən əsgərlə bağlı məlumat yayıb
DSX özünü güllələyərək ölən əsgərlə bağlı məlumat yayıb7-12-2022, 09:50. Yazar: admin |
Özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayılıb. Vertikal.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib. “Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”,- deyə məlumatda qeyd olunub. Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidmətinin (DSX) özünü güllələyən hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlu ölüb. APA-nın əldə etdiyi məlumata görə, o ötən gün müalicə olunduğu xəstəxanada vəfat edib. Qeyd edək ki, fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Geri dön |