Ana Sayfa > Hadisə > Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib - VİDEO
Rəşad Dağlı barəsində həbs qətimkan tədbiri seçilib - VİDEO10-11-2022, 23:57. Yazar: admin |
Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. Vertikal.az APA-ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) Qaradağ rayon Məhkəməsinə gətirilib. Vertikal.az APA-ya istinadən xəbər verir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılır. İstintaq orqanından Rəşad Əmirov barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub. Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib. APA-nın əldə etdiyi xəbərə görə, Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb. Daha sonra Rəşad Dağlının prokurorluqdan hadisə yerinə aparıldığı bildirilir. Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib. APA-nın əldə etdiyi xəbərə görə, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır. Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb. Rəşad Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb. [media=https://www.youtube.com/shorts/Lwn7SxJRjiw?feature=share] Geri dön |