Ana Sayfa > Hadisə > Bakıda kütləvi dava olub, xəsarət alanlar var

Bakıda kütləvi dava olub, xəsarət alanlar var


7-09-2022, 09:54. Yazar: admin


Bakıda azı 2 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Qeybətov Vasif Valeh oğlu və 1995-ci il təvəllüdlü Məmmədov İlqar Telman oğlu kütləvi dava zamanı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.
Geri dön