Ana Sayfa > Hadisə > Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub

Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olunub


16-08-2022, 15:04. Yazar: admin


Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edilib ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində FHN-nin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

Şabranın daha bir ucqar dağ kəndində yanğın başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yanğın biçilmiş taxıl sahəsində qeydə alınıb. Zöhramı kəndində davam edən alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov yaşayış evlərinə yaxınlaşıb. Güclü külək yanğının sürətlə yayılmasına səbəb olur, eləcə də söndürülməsini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.
Geri dön