Ana Sayfa > Hadisə > Ata Abdullayev Ali Məhkəməyə verdiyi şikayəti geri götürüb
Ata Abdullayev Ali Məhkəməyə verdiyi şikayəti geri götürüb28-07-2022, 11:32. Yazar: admin |
Hədə-qorxu ilə pul tələb etməyə görə azadlıqdan məhrum edilmiş bloger Ata Abdullayev barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb. APA-nın əldə etdiyi xəbərə görə, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan olunub. Qərarda qeyd olunub ki, cinayət işinə kassasiya instansiya məhkəməsində mahiyyəti üzrə baxılanadək, məhkum bloger cəzaçəkmə müəssisəsindən ərizə ilə müraciət edib, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib. Buna görə də məhkəmə kassasiya şikayətini geri qaytarıb. Xatırladaq ki, bloger Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Geri dön |