Ana Sayfa > Hadisə > Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb


14-07-2022, 10:49. Yazar: admin


İyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.
Geri dön