Ana Sayfa > Hadisə > DGK-ın Cənub Ərazi Baş Gömrük idarəsinin vəzifəli şəxsi intihar edib

DGK-ın Cənub Ərazi Baş Gömrük idarəsinin vəzifəli şəxsi intihar edib


14-07-2022, 10:48. Yazar: admin


Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin intiharı faktı araşdırılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“13.07.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirlinin Astara rayonu Rüdəkənar kəndində intihar etməsi faktını təsdiq etməklə bildiririk ki, faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır”, - məlumatda deyilir.

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini intihar edib.

APA xəbər verir ki, hadisə Astara rayonu Rüdəkənar kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü Cahangirli Əli Nəcəfalı oğlu özünü kirayədə yaşadığı evdə asaraq öldürüb.

Faktla bağlı Astara rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön