Ana Sayfa > Hadisə > 80 milyon manatlıq mənimsəmədə təqsirləndirilən general Nizami Məmmədovun həbs müddəti uzadılıb

80 milyon manatlıq mənimsəmədə təqsirləndirilən general Nizami Məmmədovun həbs müddəti uzadılıb


30-06-2022, 12:26. Yazar: admin


Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.

APA-nın əldə etdiyi xəbərə görə, istintaq orqanı tərəfindən Nizami Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verilib.

FHN çimərliklərdə təhlükəsizliklə bağlı əhaliyə müraciət edib
Həftəsonu yol qəzalarında 4 nəfər ölüb
Bakıda ana və iki azyaşlı övladını qətlə yetirən şəxsin məhkəməsi başlayır
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda təqdimat təmin edilib. Qərara əsasən, Nizami Məmmədovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, general-mayor Nizami Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Məlumata görə, Nizami Məmmədov 80 milyon 600 min manat mənimsəməkdə təqsirləndirilir.

Geri dön