Ana Sayfa > Hadisə > Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb


30-04-2022, 12:20. Yazar: admin


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 29-da Salyan rayonu ərazisində Bakı şəhər sakini Əbülfəz Hacıyev idarə etdiyi “Khazar” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyənləşdirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Salyan Rayon Məhkəməsinin qərarı ilə Ə.Hacıyev 500 manat məbləğində cərimələnib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Geri dön