Ana Sayfa > Hadisə > Bakıda 1 yaşlı oğlunu evdən həyətə tullayan şəxslə bağlı cinayət işi başlanılıb
Bakıda 1 yaşlı oğlunu evdən həyətə tullayan şəxslə bağlı cinayət işi başlanılıb27-04-2022, 11:49. Yazar: admin |
Bakıda 1 yaşlı oğlunu evdən həyətə tullayan şəxslə bağlı cinayət işi başlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanılıb. Geri dön |