Ana Sayfa > Hadisə > Göyçayda iftar məclisində 10 nəfər zəhərlənib

Göyçayda iftar məclisində 10 nəfər zəhərlənib


19-04-2022, 11:16. Yazar: admin


APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecə Göyçay şəhərindəki "Zeynəb" restoranında təşkil olunan iftar süfrəsində iştirak edən rayon sakinlərindən 10 nəfəri məclisdən sonra özlərini pis hiss ediblər. Pomidor turşusundan zəhərləndiyi ehtimal olunan həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Geri dön