Ana Sayfa > Hadisə > Bərdə, Tərtər və Ağdamda elektrik verilişi kəsilib - FOTO

Bərdə, Tərtər və Ağdamda elektrik verilişi kəsilib - FOTO


12-04-2022, 22:28. Yazar: admin


Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib.

Küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.

General: “Bakıda mebel sexində yanğının söndürülməsində 20 texnika və 90-dan çox canlı qüvvə iştirak edib” - VİDEO
Tərtər rayon icra hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.

Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

Hazırda Bərdə, Tərtər və Ağdamda elektrik enerjisi yoxdur.




Geri dön