Ana Sayfa > Hadisə > Azad edilən ərazidən 4 ton naqil oğurlayan "KamAZ" sürücüsü saxlanıldı

Azad edilən ərazidən 4 ton naqil oğurlayan "KamAZ" sürücüsü saxlanıldı


15-03-2022, 20:35. Yazar: admin
Azad edilən ərazidən 4 ton naqil oğurlayan "KamAZ" sürücüsü saxlanıldı

Azad olunmuş ərazilərdən külli miqdarda elektrik naqili oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Qubadlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 13-də Balasoltanlı kəndi ərazisində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobil saxlanılıb.

Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilib.

Araşdırma aparılır.
Geri dön