Ana Sayfa > Hadisə > Mikroavtobus minik avtomobili ilə toqquşub, 13 nəfər yaralanıb

Mikroavtobus minik avtomobili ilə toqquşub, 13 nəfər yaralanıb


15-03-2022, 20:28. Yazar: admin
Mikroavtobus minik avtomobili ilə toqquşub, 13 nəfər yaralanıb

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan 3 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön