Ana Sayfa > Hadisə > Sabiq polis rəisi Rza Hacıyevə verilən ittiham ağırlaşdırılıb
Sabiq polis rəisi Rza Hacıyevə verilən ittiham ağırlaşdırılıb15-03-2022, 12:12. Yazar: admin |
Sabunçuda sabiq polis əməkdaşı Rza Hacıyevin cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. APA xəbər verir ki, bunu Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev deyib. O bildirib ki, istintaqla müəyyən edilib ki, ötən il dekabrın 16-da Rza Hacıyev qanunsuz əldə etdiyi silahla tanışının avtomobilinə 8 dəfə atəş açıb: “Rza Hacıyev tutularaq istintaqa təhvil verilib. Onun barəsində Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah saxlamaq) maddələri ittiham verilib. Sabunçu rayon Məhkəməsi tərəfindən Rza Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqın gedişində onun əməli Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib. Cinayət işini istintaqı Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib”. Qeyd edək ki, polkovnik Rza Hacıyev Bakının Sabunçu rayonunun və Neftçalanın keçmiş polis rəisi olub. Sabiq rəis hazırda təqaüddədir. Rza Hacıyev Milli Qəhrəman, Qarabağ müharibəsi şəhidi Əlif Hacıyevin qardaşıdır. Geri dön |