Ana Sayfa > Hadisə > Azərbaycanda cinayət törədən qadınların sayı artıb
Azərbaycanda cinayət törədən qadınların sayı artıb3-03-2022, 12:40. Yazar: admin |
2021-ci ildə cinayət törətmiş qadınların sayı artıb. APA-nın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Bildirilib ki, cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,5 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,6 faiz təşkil edib. 2020-ci il ilə müqayisədə cinayət törətmiş qadınların sayı 34,4 faiz artıb, 14-17 yaşda olan uşaqların sayı isə 10,1 faiz azalıb. Geri dön |