Ana Sayfa > Hadisə > Azərbaycanda polis mayoru FACİƏVİ şəkildə öldü

Azərbaycanda polis mayoru FACİƏVİ şəkildə öldü


3-03-2022, 10:18. Yazar: admin

Azərbaycanda polis mayoru FACİƏVİ şəkildə öldü
Yevlaxda ölümlə nəticələnən yol qəzası olub. DİA.AZ lent.az-a istinadla xəbər verir ki, hadisə martın 2-i axşam saatların Yevlax şəhəri ərazisində baş verib. “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb.

F. Cəfərov ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, F.Cəfərov polis mayorudur. O, Yevlax rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəzanın işdən evə gedən zaman baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Geri dön