Ana Sayfa > Hadisə > Kiyevdə neft anbarı vurulub - VİDEO

Kiyevdə neft anbarı vurulub - VİDEO


27-02-2022, 11:03. Yazar: admin
Kiyevdə neft anbarı vurulub - VİDEO

Kiyev səmasında görünən iki güclü partlayışın Vasilkov şəhərində baş verdiyini açıqlanıb.

APA-nın Ukrayna mediasına istinadən xəbərinə görə, partlayışın baş verdiyi ərazi Kiyevin 30 kilometr cənubunda yerləşir.

Ukrayna mediasının məlumatına görə partlayış Rusiya ordusunun Vasilkovdakı neft anbarını vurması nəticəsində baş verib. Ərazidə yanğının hələ davam etdiyi bildirilir.

Kiyev səmasında iki güclü partlayış baş verib.

APA-nın CNN-ə istinadən xəbərinə görə birinci partlayış Kiyevin cənub-qərbində şəhər mərkəzindən təxminən 20 kilometr məsafədə baş verib.

Partlayışdan sonra göy üzünün bir neçə dəqiqə ərzində işıqlandığı bildirilib.

İkinci partlayış da saat 01:00 radələrində Kiyevin cənub-qərbində, şəhərinə ikinci əsas hava limanı istiqamətində baş verdiyi bildirilib.


Kiyev səmasında güclü partlayış baş verib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, partlayış Kiyevin cənub-qərbində şəhər mərkəzindən təxminən 20 kilometr məsafədə baş verib.

Hadisədən sonra göy üzünün bir neçə dəqiqə ərzində işıqlandığı bildirilib.


Geri dön