Ana Sayfa > Hadisə > Odessada soydaşlarımızın olduğu maşın karvanı atəşə tutulub, 3 nəfər ölüb

Odessada soydaşlarımızın olduğu maşın karvanı atəşə tutulub, 3 nəfər ölüb


27-02-2022, 10:57. Yazar: admin
Odessada soydaşlarımızın olduğu maşın karvanı atəşə tutulub, 3 nəfər ölüb

Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.

Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib.


Geri dön