Ana Sayfa > Hadisə > Bakıda toy yasa çevrildi - Bəyin dayısı öldü - VİDEO

Bakıda toy yasa çevrildi - Bəyin dayısı öldü - VİDEO


22-02-2022, 11:18. Yazar: admin
Bakıda toy yasa çevrildi - Bəyin dayısı öldü - VİDEO
Bakının Nizami rayonunda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.

Musavat.com İTV-yə istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsindəki şadlıq saraylarından birinin qarşısında baş verib.

“Toyota” markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Piyada xəstəxanaya aparılarkən yolda keçinib.

Şahidlərin dediyinə görə ölən piyada bəyin dayısıdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.
Geri dön