Ana Sayfa > Hadisə > 23 yaşlı oğlan oyun üstündə kürəyindən bıçaqlandı

23 yaşlı oğlan oyun üstündə kürəyindən bıçaqlandı


21-02-2022, 07:25. Yazar: admin
23 yaşlı oğlan oyun üstündə kürəyindən bıçaqlandı

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.

"Unikal" xəbər verir ki, Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü R.Məmmədov mübahisə zəminində 4 bıçaq zərbəsi alıb və xəstəxanaya yerləşdirilib.

Onu bıçaqlamaqda şübhəli bilinən tanışı, 2003-cü il təvəllüdlü İ.Zülfiqarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisəyə isə "PubG" oyunu üstündə düşən mübahisə səbəb olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Füzuli parkında qeydə alınıb.

1999-cu il təvəllüdlü Məmmədov Rəvan qarın boşluğunun və kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Geri dön