Ana Sayfa > Hadisə / Manşet > Nazirliyin vaxtsız “PROFİLAKTİKASI” – “Azercell”in sistemi iflic oldu

Nazirliyin vaxtsız “PROFİLAKTİKASI” – “Azercell”in sistemi iflic oldu


2-02-2022, 12:53. Yazar: admin
Nazirliyin vaxtsız “PROFİLAKTİKASI” – “Azercell”in sistemi iflic oldu
Bu gün səhər saatlarında “Azercell”in fəaliyyətində məcburi fasilə qeydə alınıb.

Vertikal.Az yenicag.az-a istinadən xəbər verir ki, “Azercell”in fəaliyyətinin təqribən saatyarım müddətində dayanması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində aparılan profilaktika ilə bağlı olub.

Bu səbəbdən “Azercell”in Müştəri Xidməti mərkəzlərinə yaxınlaşan abunəçilər sistemin işə düşməsini gözləmək məcburiyyətində qalıblar.

Mobil operatorun fəaliyyəti 10-30 radələrində bərpa olunub.

Məsələni aydınlaşdırmaq üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə yaratmaq cəhdlərimiz məsul şəxslərin yerlərində olmaması üzündən nəticəsiz qaldı.

Geri dön