Ana Sayfa > Hadisə > Sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır

Sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır


26-01-2022, 13:38. Yazar: admin
Sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır

Bakı Apelyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı terror törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayətinə baxılıb.

"Unikal" xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Yunis Səfərovun vəkili vəsatət verərək müvəkkili barəsində verilmiş ittihamların 29. 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəyə tövsif olunmasını istəyib. Təqsirləndirilən şəxs vəkilinin vəsatətini müdafiə edib.

Yunis Səfərov çıxışında bildirib ki, ona və digərlərinə mütəşəkkil dəstə halında birləşmə ittihamı verilməsinə görə bu ayın 23-dən etibarən aclıq aksiyasına başlayıb.

Cinayət işi üzrə digər təqsirləndirilən şəxslər və onların vəkillləri də birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdikləri şəxslərə bəraət verilməsini istəyiblər.

Məhkəmə prosesi fevralın 8-də davam etdiriləcək.
Geri dön