Ana Sayfa > Hadisə > Təhsil Nazirliyi şagirdlərin müəllimə qarşı hörmətsizlik etməsi məsələsini araşdırır
Təhsil Nazirliyi şagirdlərin müəllimə qarşı hörmətsizlik etməsi məsələsini araşdırır25-01-2022, 11:44. Yazar: admin |
Ötən gün sosial şəbəkələrdə orta məktəblərin birində şagirdlərin müəllimə qarşı hörmətsizlik etməsi ilə bağlı görüntü yayılıb. Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərin Azərbaycan məktəblərindən hansısa birində çəkilməsi məsələsi təsdiqini tapmayıb. Ancaq Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır. Geri dön |