Ana Sayfa > Hadisə > Qanunsuz parklanma ilə bağlı 1000-ə yaxın sürücü cərimələnib, 35 “parkovşik” saxlanılıb

Qanunsuz parklanma ilə bağlı 1000-ə yaxın sürücü cərimələnib, 35 “parkovşik” saxlanılıb


25-01-2022, 11:17. Yazar: admin
Qanunsuz parklanma ilə bağlı 1000-ə yaxın sürücü cərimələnib, 35 “parkovşik” saxlanılıb

Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar yol polisi tərəfindən ötən gün keçirilən reydlərdə 1000-ə yaxın cərimə protokolu yazılıb.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

DYP rəsmisi qeyd edib ki, reydlər zamanı özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılıb və cərimə edilib.

A. Əsgərli vurğulayıb ki, yol polisi tərəfindən reydlər davam etdirilir.

Qanunsuz parklanma ilə bağlı 1000-ə yaxın sürücü cərimələnib, 35 “parkovşik” saxlanılıb
Geri dön