Ana Sayfa > Hadisə > Valideyn hüquqlarının məhdudlaşdırılmasına dair 12 mülki iddia qaldırılıb
Valideyn hüquqlarının məhdudlaşdırılmasına dair 12 mülki iddia qaldırılıb24-01-2022, 12:26. Yazar: admin |
2021-ci ildə cinayət təqibindən kənar icraatlar üzrə nəzarət tədbirləri ilə əlaqədar sosial media məkanında neqativ hallara yol vermiş şəxslərlə bağlı 21 xəbərdarlıq və 43 təqdimat verilib. APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında deyib. O bildirib ki, karantin rejiminin pozulması, sağlamlığın qorunması, əmək qanunvericiliyi sahəsində vətəndaşların hüquqlarının pozulması, ekoloji hüquq pozmalar və s. inzibati xətalara dair 131 inzibati icraat başlanmaqla baxılması üçün məhkəmələrə və dövlət orqanlarına göndərilib, nəticədə 261.544 manat həcmində inzibati cərimə növündə tənbeh tətbiq edilib, habelə hesabat dövründə 45 cinayət işi başlanıb: “Uşaqların hüquqlarının qorunması istiqamətində valideyn hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmələrdə 19 uşağın 15 valideyni barəsində 12 mülki iddia qaldırılıb”. Geri dön |