Ana Sayfa > Hadisə > Prokuror "İdeal"ın sabiq rəhbərinə 8 il həbs cəzası istəyib
Prokuror "İdeal"ın sabiq rəhbərinə 8 il həbs cəzası istəyib17-01-2022, 13:09. Yazar: admin |
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. APA-nın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsə verilmiş ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirildiyini qeyd edərək İlqar İsmayılovun 8 il azadlıqdan məhrum edilməsini tələb edib. Dövlət ittihamçısı bildirib ki, İ. İsmayılov 3 il dövlət orqanlarında vəzifə tuta bilməz. Həmçinin onun üzərinə həbs qoyulmuş əmlakı da müsadirə edilməlidir. Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər. Proses yanvarın 31-də davam etdiriləcək. Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Geri dön |