Ana Sayfa > Hadisə > Zəngilanda baş verən zəlzələ Ermənistanda 5 bala qədər hiss olunub - YENİLƏNİB

Zəngilanda baş verən zəlzələ Ermənistanda 5 bala qədər hiss olunub - YENİLƏNİB


16-01-2022, 10:19. Yazar: admin
Zəngilanda baş verən zəlzələ Ermənistanda 5 bala qədər hiss olunub - YENİLƏNİB

Zəngilanda baş verən zəlzələ Ermənistanda da hiss olunub.

APA-nın xəbərinə görə, Ermənistan Fövqəladə Hallar Nazirliyi zəlzələnin Qafanda 4-5 bal, Vayk və Exeqnazdor şəhərlərində 3-4 bal gücündə hiss edildiyi barədə məlumat yayıb.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 07:25-də Ordubad stansiyasından 49 km şimal-şərqdə Zəngilan ərazisində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.
Geri dön