Ana Sayfa > Hadisə > Məşhur ürək-damar cərrahı “patı”dan istifadə etdiyini etiraf elədi - TƏFƏRRÜAT

Məşhur ürək-damar cərrahı “patı”dan istifadə etdiyini etiraf elədi - TƏFƏRRÜAT


6-01-2022, 09:33. Yazar: admin
Məşhur ürək-damar cərrahı “patı”dan istifadə etdiyini etiraf elədi - TƏFƏRRÜAT

Müxtəlif özəl klinikalarda çalışmış məşhur ürək-damar cərrahı Elşən Əliyev bir ilə yaxındır ki, həbsdədir. O, narkotik vasitələrin və psixiatrop dərmanların satışında ittiham olunur.
Elşən Əliyev Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma) və 240.3.2-cü (güclü təsir edən külli miqdarda maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələrilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib.

Bizimyol.info xəbər verir ki, 1983-cü il təvəllüdlü Elşən Əliyev özünü qismən təqsirli bilir. Onun sözlərinə görə, tapılan metamfetamin və həblər satış məqsədilə yox, şəxsi istifadəsi üçün olub.

İttihama əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə cərrahın narkotik və güclü təsir edən dərmanların satışıyla məşğul olması haqda informasiya daxil olub. Bunun əsasında da əməliyyat keçirilib, Elşən Əliyevi küçədə saxlayıblar. İdarədə onun üzərinə baxış keçiriləndə 12,711 qram kustar üsulla hazırlanmış metamfetamin və 84 ədəd preqabalin həbi tapılıb.

Elşən Əliyev isə bildirib ki, polislər onun yaşadığı evə gəlib, oradan aparıblar. O təsdiqləyib ki, psixi vəziyyəti ilə əlaqədar xeyli vaxtdır metamfetamindən, güclü təsir edən həblərdən istifadə edir.

Tutulduğu gün həbləri aptekdən reseptlə aldığını deyən həkimin sözlərinə görə, həm dərmanları, həm də metamfetamini evə gələn polis əməkdaşlarına təqdim edib: “Hətta xahiş elədim ki, icazə versinlər, metamfetamini suya qatıb içim, icazə verdilər, içdim. Ondan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə getdik”.

Lakin məhkəmə araşdırmalardan sonra onun bu maddələrin satışıyla məşğul olması nəticəsinə gəlib. Onun himayəsində azyaşlı uşaqlarının olması vəziyyətini yüngülləşdirən hal kimi qiymətləndirilib və ittiham olunduğu 2 maddə ilə ona 6 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Bizimyol.info
Geri dön